"Fotoqrafiyanın Əsasları" kursu fotoqrafiya sahəsində öz baza biliklərini artırmaq, kameranın mühüm funksiyalarını dərindən öyrənmək, rəqəmsal fayllarla işləmək və çəkilmiş fotoların keyfiyyətli emalı yollarını öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlimdə əsas vurğulanan sahələr fotoqrafiyanın bədii, yaradıcı və texniki aspektləri, işıq və rənglə işləmə xüsusiyyətləri, eləcə də kompozisiyanın əsasları və fotoqrafiyanın tarixidir. Qazanılmış biliklər nəzəri və praktiki məşğələlər, o cümlədər studiyada iş vasitəsilə möhkəmlənir. Hər praktiki məşğələdən sonra çəkilmiş işlər ətraflı müzakirə olunur. Təlim Azərbaycan dillində aparılır.

Kurs bitdikdən sonra yadınızdan çıxan və ya başa düşmədiyiniz nəsə olsa, eləcə də hər hansı bir texniki problemlə üzləşsəniz və məsləhətə ehtiyaçınız olarsa, hər an dəstəyimə arxalana bilərsiniz. Bunun üçün yeganə şərt - kurs haqqında rəyinizi və şərhlərinizi bu mövzunun altında hamı ilə bölüşməkdir.
KURSUN QISA MƏZMUNU
FOTOQRAFİYANIN QISA TARİXİ
- Fotoqrafiyanın texnoloji proseslərinin inkişafı ilə tanışlıq
- Məhşur fotoqrafiyalar və fotoqraflar
- Fotoqrafiyanın janrları
FOTOQRAFİYANIN TƏRKİB HİSSƏSİ
- Mövzu
- Kompozisiya
- Texniki detallar
FOTOKAMERALAR
- Kameraların tipləri
- Fotokameranın içindəkilər. Əsas qurğular və iş prinsipləri
- Sensor və kropfaktor
- Fotokameranın əsas idarə orqanlarının öyrənilməsi
- Dinamik diapazon anlayışı
OBYEKTİVLƏR
- Obyektivlərin növləri
- Obyektivlərin əsas və əlavə xüsusiyyətləri
- Manual və avto fokus
TEXNİKİ ƏSASLAR
- Çəkiliş necə baş verir
- Ekspozisiya
- Sürgü sürəti
- Diafraqma
- İşığahəssaslıq
- Ekspozisiya addımı
- Ekspodüzəliş
- Ekspozisiyanın ölçülmə növləri
- DOF (kəskinlik dərinliyi)
- Ağ balans (avtomat və manual)
FOTOKAMERANIN İŞ REJİMLƏRİ
- Yaradıçı rejimlər
- Sürgü sürəti və diafraqma üstünlüyü rejimləri
- Manual rejim
- Parlaqlığın paylaşma qrafiki (histoqram)
KOMPOZİSİYANIN ƏSASLARI
- Əsas qaydalar
- Diaqonallar. Perspektiv. Aktiv xəttlər
- Kadrın təşkili. Tarazlıq
- Vizual vurğular. Kadrda əsas və ikinci dərəcəli amillər
- Fotonun həndəsi və məzmun mərkəzi
RƏQƏMSAL ŞƏKİL Ə ONUN EMAL ÜSULLARI VƏ VASİTƏLƏRİ
- Qrafik faylların formatları (RAW, TIFF, JPEG)
- Adobe Lightroom proqramının interfeysi ilə tanışlıq
- Fotoların emalı üçün tipik addımlar
- Rəqəmsal neqativlərin saxlanılması
STUDİYA İLƏ TANIŞLIQ
- İşığın xüsusiyyəti və tipi
- Studiya avadanlığı: işıq qurğuları və taxmalar
- Flaşların sinxronizasiyası
- Əsas işıq sxemləri
MƏKAN
2942A, M. Hadi küçəsi (Həzi Aslanov metro stansiyasının yaxınlığında)
MÜDDƏT, TARİX VƏ VAXT
Kurs ümumilikdə həftədə 2 dəfə olmaqla 8 dərsdən ibarətdir. Məşğələlərın vaxtı qrup yığıldıqdan sonra, iştirakçıların rəyini nəzərə almaqla təyin ediləcək.
İŞTİRAKÇI SAYI
Təlimin efektivliyi məqsədilə kursda iştirakçı sayı məhduddur. Qrupda maksimum 5 iştirakçı nəzərdə tutulub.
SİZƏ NƏ LAZIM OLACAQ
- Kamera
- Qeydlər üçün qələm və dəftər
- Noutbuk
- Fleş kart
QİYMƏT
Təlimdə 1 nəfər üçün iştirak haqqı 200 AZN-dir. İştirak haqqı əvvəlcədən və ya birinci məşğələdə ödənilməlidir.
TƏLİMÇİ
Rüfət Abas
Əlavə məlumat və qeydiyyat üçün əlaqə:
Email: info@rufatabas.com
Telefon: +994 51 940 40 99
TƏLİMDƏ İŞTİRAK ETMƏK ÜÇÜN ONLAYN QEYDİYYAT FORMASINDAN İSTİFADƏ EDİN.
2012ci ildə ilk dəfə əlimə canon 60D aldim və fotoqrafiya ilə tanış oldum.İnsanların çəkdiyim şəkillərə verdikləri müsbət reaksiya mənə o gədər xoş təsir edirdiki )))) beləcə 3il çəkdim.. və 3il sonra portfolioma baxanda əksiklərimi gördüm və o əksiklərki artıq bir professionalın köməkliyinə ehtiyacım var idi.Beləcə Rüfət müəllimin dərslərinə qaça-qaça qatıldım və çox şadam ki vaxtında(bəlkədə biraz gecikdim) dərslərə qatıldlm..Öyrəndiklərim fotoqrafiya ilə yenidən tanış olmağıma səbəb oldu.Ən əsas istiqamətimi bəlli etdim.Rüfət müəllimdən öyrəndiklərim öz üzərimdə işlədikcə yolumu hər zaman aydinladacaq..Tənbəllik etməsəm tezliklə nəticəni fotolarımda görəcəm Dərslər zamanı ən çox sevdiyim xüsusiyyət sonsuz sual cavabdı)) Rüfət müəllimə istədiyiniz gədər sual verə bilərsiniz))hər cavabda özünüzü yenidən kəşf edəcəkdiniz,bilmədiklərinizi öyrənəcəksiniz,sualınızın cavabı sizə tam aydın olana qədər min sualda versəniz Rüfət müəllim səbrlə cavablandıracaq.. çox sağolun Rufat Abas yaxşıki bizlər üçün varsınız..
ReplyDeleteXoş sözlər üçün minnətdaram!
Delete