“LİGHTİNG İNTENSİVE” kursu süni işığın xüsusiyyətləri, növləri və imkanları ilə tanış olmaq, habelə modellərlə fərdi qaydada işləmək bacarığını inkişaf etdirmək istəyən başlanğıc və orta səviyyəli hazırlığı olan fotoqraflar üçün nəzərdə tutulub. Kursda süni işıqla işləməyin əsas texniki üsulları, işıq modifikatorlarının işi və onlar vasitəsilə əldə edilə biləcək effektlər nəzərdən keçiriləcək. İştirakçılara böyük məmuniyyətlə bir neçə işıq sxemləri və onları təcrübədən keçirmək imkanı təklif edilir. Qazanılmış biliklər nəzəri və praktiki məşğələlər, o cümlədər studiyada iş vasitəsilə möhkəmlənir. Hər praktiki məşğələdən sonra çəkilmiş işlər ətraflı müzakirə olunur. Bundan əlavə, maraqlananlar üçün portfolio-review təşkil ediləcək. Təlim Azərbaycan və Rus dillərində aparılır. Yalnız kamera və yeni biliklər öyrənmək həvəsi kifayətdir. Gözəl əhval-ruhiyyə və yaradıcı mühit təmin ediləcək.